BİZİM KİNOMUZ
21 Aprel 2022 / 15:50

Yenidən bərpa olunmuş “Prima” sənədli filminin təqdimatı olacaq

Aprelin 22-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycan Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə yenidən bərpa olunmuş “Prima” (1992) sənədli filminin təqdimatı keçiriləcək.

 

1992-ci ildə “Azərbaycanfilm” kinostudiyasında çəkilmiş ekran əsəri “Sənətkar taleləri” silsiləsindən Xalq artisti, məşhur milli rəqqasə, baletmeyster və pedaqoq Əminə Dilbaziyə həsr olunub.