BİZİM KİNOMUZ
31 May 2022 / 11:53

"Böyük Xəzinə 3" filmi çəkiləcək

Hollivud kino sənayesinin ən məşhur prodüserlərindən biri Cerri Brukhaymer bir vaxtlar haqqında danışılan, lakin sonradan heç bir açıqlama eşitmədiyimiz "Böyük Xəzinə 3" filmi ilə bağlı yeniliklər paylaşıb.

 

"Top Gun" filminin təqdimat mərasimində iştirak edən C.Brukhaymer "Böyük Xəzinə 3"ün hazırda inkişaf mərhələsində olduğunu bildirərək pərəstişkarlarını sevindirib.

 

Xatırladaq ki, Brukxaymerin prodüserliyi və Con Turteltaubun rejissorluğu ilə çəkilən ilk "Böyük Xəzinə" filmi 2004-cü ildə, onun davamı olan "Böyük Xəzinə: Sirlər Kitabı" isə 2007-ci ildə tamaşaçılara təqdim olunub.