BİZİM KİNOMUZ
16 Mart 2022 / 15:24

"Əks-səda" və "Balaban" filmlərinin bərpadan sonra ilk nümayişləri olub

Bu gün Azərbaycan Dövlət Film Fondunda görkəmli kino xadimi, kinoşünas, ssenarist və rejissor, Əməkdar İncəsənət Xadimi Aydın Dadaşovun 70 illik yubileyinə həsr edilmiş xatirə gecəsi baş tutub.

 

Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Film Fondunun direktoru, professor Cəmil Quliyev Aydın Dadaşovun Azərbaycan filminə verdiyi töhfələrdən bəhs edib.

 

"Aydın Dadaşov irsi çoxşaxəli olub. Onun filmləri tamaşaçıya həqiqəti, reallığı tamı tamlığına hiss elətdirir. Bu filmlər Azərbaycan sənədli kinosu üçün kifayət qədər uğurlu və yeni xətt idi", - direktor deyib.

 

Kinoşünas, Əməkdar İncəsənət Xadimi Aydın Kazımzadə isə Aydın Dadaşovun orijinal düşüncəsindən və universal yaradıcı fəaliyyətindən danışıb.

 

Çıxışlar bitdikdən sonra Aydın Dadaşovun ssenari müəllifi olduğu “Əks-səda” və “Balaban” sənədli filmləri bərpadan sonra ilk dəfə nümayiş olunub.

206