BİZİM KİNOMUZ
25 Mart 2022 / 22:42

Vətən müharibəsi haqqında filmin ssenarisi üzərində iş gedir

Mədəniyyət Nazirliyinin dəstəyi ilə ərsəyə gələcək ekran əsəri döyüş filmi janrında olacaq.

 

Hazırda filmin ssenarisi üzərində iş gedir. Ssenari yazılışı prosesində müharibə ilə bağlı məlumatlar, real döyüş hekayələri toplanır, emal olunur.

 

2022-ci ildə sözügedən filmin ssenarisinin tamamlanması, hazırlıq prosesinin aparılması və çəkilişinə başlanılması nəzərdə tutulub.