BİZİM KİNOMUZ
29 Mart 2022 / 14:45

“Proyekt-2602” filminin promo-çarxının təqdimatı olacaq

Azərbaycan Rəngkarlığı Muzeyində “Proyekt-2602” filminin promo-çarxının təqdimatı olacaq.

 

Təqdimat çərçivəsində film heyəti ilə kiçik müzakirə baş tutacaq. Müzakirə Azərbaycan və rus dillərində keçiriləcək.

 

Xocalı soyqırımından qurtulan və bütün həyatını elm və texnologiyaya həsr etmiş gənc oğlan, həyatında baş vermiş bütün çətinliklərə baxmayaraq, elmi qabiliyyəti ilə, zaman maşını ixtira edib, anasını xilas etmək üçün keçmişə qayıtmaq istəyir.

 

Qeyd edək ki, filmin ssenari müəllifi və rejissoru Rafiq Hacıyev, quruluşçu rəssam Səbuhi Atababayev, ssenaristi Kənan Yusifov və aktyor Zaur Şəfiyevdir.