ETNOQRAFİYAMIZ
13 May 2022 / 14:53

Tarix Muzeyində XVIII əsrdə hazırlanmış mis qazan qorunur

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya elmi fond şöbəsində Azərbaycan misgərləri tərəfindən hazırlanmış 80-ə yaxın müxtəlif mis qab nümunələri qorunur.

 

Bu barədə muzeydən məlumat verilib. Bildirilib ki, əksəriyyəti incə zövq və yüksək sənətkarlıqla nəbati və həndəsi naxışlarla bəzədilmiş bu qabların arasında mis qablama qazan xüsusi yer tutur.

 

Süfrə qabları qrupuna daxil olan bu qazan xörək bişirmək, ağartı məhsullarını saxlamaq və ziyafət məclislərinə ötürmək üçün istifadə olunurdu. Təqdim olunan bu qazanın diametri 28,5, hündürlüyü 19 santimetrdir.

 

XVIII əsrdə hazırlanmış mis qazanın üstündə Sədi Şirazinin şeiri ilə yanaşı, on iki məsuməyə (imama) salam sözləri həkk edilib.