ETNOQRAFİYAMIZ
13 May 2022 / 12:56

Tarix Muzeyində gümüş işləməli ipək parça nümunəsi qorunur

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda XVI əsrin məhsulu olan müxtəlif naxışlı ipək parça növləri qorunur.

 

Bu barədə muzeydən məlumat verilib. Bildirilib ki, ipək parça növləri həmin dövrdə Azərbaycan şəhərlərində ipəkçiliyin yüksək inkişaf səviyyəsini nümayiş etdirir. Bu baxımdan nümunə kimi təqdim olunan gümüşü saplarla işlənmiş, üstündə uçan kəpənəklər, müxtəlif güllər, güllərdən şirə çəkən arılar, həmçinin ayrı-ayrılıqda və qoşa haşiyə arasında rəngarəng nəbati təsvirləri olan ipək parça özünün bədii tərtibatı və rəng ahəngdarlığı ilə diqqəti cəlb edir.