ETNOQRAFİYAMIZ
13 May 2022 / 14:58

Tarix Muzeyində etnoqrafik eksponat qorunur

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda tarixi əhəmiyyətə malik eksponatlar - XIX–XX əsrlərin əvvəllərinə aid samovar kolleksiyası qorunur.

 

Samovarlar zaman keçdikcə paxır atıb, zədələr alıb. Rusiyanın Tula şəhərinin zavodlarında istehsal onunmuş samovarlar azərbaycanlıların da məişətində xüsusi yer tutub. “Tovarişestvo Şemarinıx”, “Bratya Petrovı” və s. zavodların istehsalı olan samovarlar muzeyin Bərpa laboratoriyasında bərpa edilib. Samovarlar mexaniki və kimyəvi üsulla təmizlənib və xüsusi qoruyucu məhlulla örtülərək əvvəlki görkəminə qaytarılıb.