ETNOQRAFİYAMIZ
15 May 2022 / 12:45

Xızının dağlıq Dizəvər kəndi yaxınlığında orta əsrlərə aid qala qalıqları aşkarlanıb

Xızının dağlıq Dizəvər kəndi yaxınlığında dağın başında orta əsrlərə aid olan qala qalıqları tapılıb.

 

Qədim abidə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran regional idarəsinin mütəxəssisləri və “Artefakt ovçuları” vətəndaş təşəbbüs qrupu tərəfindən aşkarlanıb.

 

Tarixi məkanın 3 tərəfi müdafiə məqsədilə qurulan qala divarları ilə əhatə olunub.

 

Bundan əlavə, həmin qayalıqların alt hissəsi gözətçi məntəqəsi kimi xidmət edən mağaralardan ibarətdir. Tapıntı yerində müxtəlif rəngli saxsı nümunələrə də rast gəlinib. Abidənin dövlət qeydiyyatına alınması və mühafizəsinin təşkili üçün işlərə start verilib.

 

Dövlət Xidməti Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutuna yeni tapıntı ilə bağlı müraciət edəcək.

592