FOTO
23 Mart 2022 / 16:45

Sofiyada "Arşın mal alan" operettasının premyerası keçirilib - FOTO

Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşkilatçılığı və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə 23 mart 2022-ci il tarixində Bolqarıstanın paytaxtı Sofiya şəhərində yerləşən Dövlət Musiqi və Balet Mərkəzində Bolqarıstanın Kırcalı şəhəri Teatr-Musiqi Mərkəzinin səhnələşdirdiyi dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının bolqar dilində premyerası baş tutub.

 

Təqdimatında Bolqarıstan Respublikasının hökumət nümayəndələri, parlament üzvləri, tanınmış ictimai-siyasi nümayəndələr, diplomatik nümayəndəliklərin rəhbərləri, elm və mədəniyyət xadimləri, mətbuat nümayəndələri və Bolqarıstanda yaşayan Azərbaycan diasporu üzvləri iştirak ediblər.

309

310