MUĞAMIMIZ
11 Aprel 2022 / 11:00

Beynəlxalq Muğam Mərkəzində “Amabile” ansamblının konserti olub

Beynəlxalq Muğam Mərkəzində (BMM) “Amabile” ansamblının konserti keçirilib.

 

Konsert proqramında Aleksandr Borodinin "Re minor simli seksteti" və İohan Bramsın "1 nömrəli simli seksteti" səslənib.

 

Proqram tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

 

Beynəlxalq Muğam Mərkəzi bir sıra layihələr həyata keçirir ki, bunlardan da "Klassik musiqi axşamları", "Aşıq musiqisi axşamları", "Sirlər xəzinəsi", "Unudulmayanlar", "Yeni nəsil dəvət edir", "Dastanlar", "Muğamat var olan yerdə", "Muğam axşamları", "Vətənimdir Azərbaycan" adlı layihələri xüsusi ilə qeyd etmək lazımdır.