Beynəlxalq Muğam Mərkəzinin (BMM) "Muğam axşamları" layihəsinin növbəti konserti aprelin 17-də keçiriləcək.
Böyük maraqla gözlənilən layihənin ideya müəllifi BMM-in direktoru, Xalq artisti Murad Hüseynovdur. "Muğam axşamları"nın bu dəfəki proqramında Beynəlxalq Muğam Mərkəzinin solistləri Əməkdar artistlər İlkin Əhmədov və Bəyimxanım Vəliyeva "Zabul segah" muğamını ifa edəcəklər.
Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş bir neçə layihə həyata keçirir ki, onlardan biri də “Muğam axşamları” layihəsidir. "Muğam axşamları"nın konsertləri İctimai Radio 90 FM tezliyində, eyni zamanda “Mədəniyyət” kanalı tərəfindən lentə alınaraq muğamsevərlərə təqdim olunur.