MUĞAMIMIZ
18 Aprel 2022 / 10:00

Beynəlxalq Muğam Mərkəzində “Klassik musiqi axşamları”

Aprelin 18-i saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində “Klassik musiqi axşamları” layihəsi çərçivəsində konsert keçiriləcək.

 

Konsertdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “İxtisas fortepiano” kafedrasının müəllimləri Xalq artisti, professor Gülnaz İsmayılova, Əməkdar artist Aleksey Miltix, professor Könül Hüseynova, dosentlər Züleyxa Abdulla, Nərgiz Salmanlı, Günel Kazımova, baş müəllimlər Sevda Məmmədli, Zərif Kərimova, Beynəlxalq müsabiqələr laureatları Ülviyyə Kazımova, Gülnarə Kərimova, Nərgiz Əliyeva, Səbinə Quliyeva, Leyla Kərimovanın ifasından ibarət Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səslənəcək.