MUĞAMIMIZ
18 Aprel 2022 / 16:34

Beynəlxalq Muğam Mərkəzində “Məhəbbət haqqında” adlı musiqili-poeziya gecəsi keçirilib

Beynəlxalq Muğam Mərkəzində musiqili –bədii gecə keçirilib.

 

“Məhəbbət haqqında” adlı gecədə rus yazıçıları Boris Posternak, Anna Axmatova, Bella Axmadulina, Robert Rojdestvenskinin şeirləri səslənib. Musiqili-poeziya gecəsində həmçinin S.Raxmaninov, A.Piazolla, L.Eynaudi və digər bəstəkarların əsərləri səsləndirilib.

 

Layihənin rəhbəri Colibri Arts şirkətinin rəhbəri Ülviyyə Axundova bildirib ki, incəsənət və mədəniyyət insanları bir araya gətirmək üçündür:

 

Biz bu layihə ilə göstərmək istədik ki, hamı birdir. İnsanlar təcrübələrdə, hisslərdə, duyğularda birləşir. Pandemiyadan sonra insanların sevgiyə və həyata uyğunlaşmağa ehtiyacı var. Bu ehtiyacın da əzəlində musiqi və poeziya dayanır”.

 

Gecədə Rusiyanın Azərbaycandakı səfirliyinin nümayəndələri iştirak edib. Səfirlik tədbirin təşkilinə görə minnətdarlığını ifadə edib. Gecənin qonaqları üçün Bakıya xüsusi məhəbbətlə yanaşan, paytaxta müxtəlif şeirlər həsr edən şairlərin şeirləri səsləndirilib. Şəhərin rəngi, heç bir yerdə rast gəlinməyən səmimi sevgisindən bəhs edən sətirlərlə musiqinin harmoniyası qonaqlarda xoş təəssürat yaradıb.

453

454