MUĞAMIMIZ
05 Mart 2022 / 14:47

“Muğam axşamları”nın növbəti konserti olacaq

Martın 17-də Beynəlxalq Muğam Mərkəzinin (BMM) “Muğam axşamları” layihəsinin 2022-2023-cü il musiqi mövsümü üçün növbəti konserti təqdim olunacaq.

 

Konsertdə BMM-nin solistləri Əməkdar artist Səbuhi İbayev, xanəndələr Kamilə Nəbiyeva və Ayşən Mehdiyeva “Şur” muğamını təqdim edəcəklər.

 

Xanəndələri BMM-nin solistləri, tarda Rəşad İbrahimov, kamançada Təbriz Yusubov müşayiət edəcək.

 

Qeyd edək ki, musiqi mövsümü ərzində BMM-nin səhnəsində "Şur", "Zabul-Segah", "Çahargah", "Bayatı-Şiraz", "Humayun", "Şüştər", "Şahnaz", "Orta Mahur", "Arazbari", "Osmani", "Heydəri", "Bayatı Qacar", "Mahur hindi", "Qarabağ şikəstəsi", "Xaric segah", "Heyratı", "Mirzəhüseyn segahı", "Kəsmə şikəstə", "Bayatı Kürd" , "Ovşarı", "Dəşti", "Qatar", "Rahab", "Şirvan şikəstəsi" muğamları təqdim olunacaq.

 

Qeyd edək ki, layihə 2017-ci ildən həyata keçirilir. Bu layihə çərçivəsində tanınmış ifaçılar tərəfindən muğamlar, xalq mahnıları və təsniflər səsləndirilib.

 

Xatırladaq ki, layihənin rəhbəri BMM-nin direktoru, Xalq artisti Murad Hüseynovdur.

 

141