MUĞAMIMIZ
25 May 2022 / 16:12

“Cadenza” orkestri Muğam Mərkəzində konsert verib

Beynəlxalq Muğam Mərkəzində “Cadenza” orkestrinin “Yaddaş” adlı konsert proqramı təqdim edilib.

 

28 May - Müstəqillik Gününə həsr olunmuş konsertdə Asəf Zeynallının, Ərtoğrol Cavidin, Xəyyam Mirzəzadənin, Cavanşir Quliyevin və Səid Qəninin əsəri ifa olunub. Ətroğrol Cavidin "Çal, oyna!", "Zəngəzur dağlarında", "Batabat yaylaqları" əsərləri ilk dəfə orkestrin ifasında (İşlənmə Türkər Qasımzadə) təqdim edilib. Asəf Zeynallının “Muğamsayağı” ilə başlanan proqram - Muğamın bəstəkar yozumuna ilk nümunələrdən biri ( işlənmə: Niyazi və Mustafa Mehmandarov) və Ərtoğrol Cavidin pyeslərinin (Türkər Qasımzadənin işlənməsi) səslənməsi də konsertin həsr edildiyi günə uyğun olaraq xüsusi məna daşıyıb. Xəyyam Mirzəzadənin “Simli kvartet üçün miniatürləri (2 dəftər)”, Cavanşir Quliyevin "1950. Yeddi pyes”, Səid Qəninin "İstəməz" əsəri ( Nəsiminin qəzəli əsasında) dinləyicilərdə xoş təəssürat oyadıb.

 

Orkestrin müəyyən ideya ətrafında müxtəlif əsərləri birləşdirərək maraqlı proqram ərsəyə gətirməsi çox uğurlu alınıb.

659

660