MUĞAMIMIZ
02 İyun 2022 / 15:33

Beynəlxalq Muğam Mərkəzinin solisti Almaxanım Əhmədlinin ilk solo konserti keçirilib

Beynəlxalq Muğam Mərkəzində (BMM) VI Muğam Televiziya Müsabiqəsinin Qran-Pri mükafatçısı, BMM-nin solisti Almaxanım Əhmədlinin solo konserti keçirilib.

 

İki gün davam edən konsert Müstəqillik Gününə həsr olunub. Anşlaqla keçən konsert proqramında gənc ifaçı özünəməxsus rəngarəng repertuarla çıxış edib. Proqramda muğamlar, xalq və bəstəkar mahnıları, türk musiqisindən nümunələr səsləndirib.

 

Almaxanım Əhmədli peşəkarlıqla, yüksək duyum və həssaslıqla ifa etdiyi konsertdə mahnıların dərin hiss yaşantılarını tamaşaçılara ötürə bilib. İfa etdiyi hər bir əsərə həssaslıqla, dərindən duyaraq yanaşması tamaşaçıların gur alqışları ilə qarşılanıb. Musiqidə istedadın ən mühüm göstəricilərindən biri də ifaçının oxuduğu əsəri duymasıdır. Gənc solistin muğam musiqisini və xalq mahnılarımızı dərindən, bütün ruhu ilə duyaraq təqdim etməsi onun ilk solo konsertinin unudulmaz anlarla sənətinin parlaq səhifələrindən birinə çevirib.

700

697

699