MUĞAMIMIZ
06 İyun 2022 / 11:32

Musiqi məktəbinin Beynəlxalq Muğam Mərkəzində yekun konserti

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin L. və M.Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbi Beynəlxalq Muğam Mərkəzində yekun konserti keçirib.

 

Konsertdə məktəbin müəllim və şagirdləri Azərbaycan, rus və xarici ölkə bəstəkarlarının əsərlərini solo, eləcə də ansamblla ifa ediblər.

 

Konsertdə Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, Baş İdarənin rəisi İbrahim Əliyev, musiqi və incəsənət məktəblərinin rəhbərləri, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

Qeyd edək ki, “Şuşa İli” çərçivəsində baş tutan yekun konserti şagirdlərin parlaq çıxışları və tamaşaçı alqışları ilə yadda qalıb.

717

718