MUĞAMIMIZ
16 Mart 2022 / 17:22

Beynəlxalq Muğam Mərkəzi “Novruz gəlir, yaz gəlir” adlı konsert proqramını təqdim edib

Beynəlxalq Muğam Mərkəzi “Novruz gəlir, yaz gəlir” adlı konsert proqramını təqdim edib

 

Beynəlxalq Muğam Mərkəzinin dəstəyi və təşkilatçılığı, AMEA Folklor İnstitutu və “Dünya Musiqisinin İncisi Muğam” (QHT) birgə təşkilatçılığı ilə Vətən müharibəsi iştirakçıları üçün təşkil edilmiş “Novruz gəlir, yaz gəlir” adlı konsert proqramı təqdim olunub.


Konsert proqramında Əməkdar artist Nuriyyə Hüseynovanın bəddi rəhbəri olduğu “Dədə Qorqud” folklor ansamblının müşayiəti ilə bəstəkar və xalq mahnıları səslənib. Bahar ovqatlı proqramda Nuriyyə Hüseynova, Çilənay Hüseynova, Solmaz Kosayeva, Həlimət Sultanın ifaları tədbirə qatılan qonaqlar və qazilər tərəfindən alqışlarla qarşılanıb.


Qeyd edək ki, BMM fəaliyyətində həmçinin bir sıra qurum və təşkilatlarla imzaladığı qarşılıqlı memorandum əsasında layihələr həyata keçirir. Bu layihələr Azərbaycan musiqi sənətinin təbliğ və tədqiqi ilə yanaşı eyni zamanda gənc nəslin maarifləndirilməsi, vətənpərvərlik ruhunun təbliğinə yönəldilib.

220

219