MUSİQİMİZ
12 Aprel 2022 / 20:05

Azərbaycan Dövlət Xor Kapellası konsert proqramı ilə çıxış edəcək

Aprelin 13-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Dövlət Xor Kapellasının konserti olacaq.

 

Konsert Xalq artisti Gülbacı İmanovanın dirijorluğu və bədii rəhbərliyi ilə gerçəkləşəcək. Konsertmeyster Elxan Niftiyevdir.

 

Proqramda İ.S.Bax, A.Brukner, F.Şubert, A.Makor, J.C.Aiblinger, A.Şnitke, Y.Arkadelt, A.Konsolasion, A.Kaxidze, R.Sədirxanov, Q.Məmmədov, F.Bədəlbəylinin əsərləri səslənəcək.