MUSİQİMİZ
14 Aprel 2022 / 10:46

Filarmoniyada Fikrət Əmirovun 100 illik yubileyi qeyd olunacaq

Aprelin 15-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Fikrət Əmirovun 100 illik yubileyi münasibətilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək.

 

Orkestrin dirijoru Əməkdar artist Fuad İbrahimov, solisti Xalq artisti Yeganə Axundovadır.

 

Konsertdə Fikrət Əmirovun əsərləri səslənəcək, həmçinin Yeganə Axundovanın ifasında tərtib olunmuş audiodiskin təqdimatı olacaq. Eyni zamanda Azərbaycan Dövlət Film Fondunun təşkilatçılığı ilə F.Əmirova həsr olunmuş fotosərgi nümayiş ediləcək.