MUSİQİMİZ
15 Aprel 2022 / 14:40

Vaşinqtonda Azərbaycan üçün xeyriyyə konserti keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı Səfirliyi və ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə mayın 3-də Vaşinqton şəhərində “The Voice of Orchid” adlı xeyriyyə konsertinin keçirilməsi planlaşdırılır.

 

Tədbirdən toplanan vəsait Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi işlərinə sərf olunacaq. Bunun üçün “Marshall Legacy İnstitute” vasitəsilə altı minaaxtaran itin alınaraq Azərbaycana göndərilməsi nəzərdə tutulur.

 

Konsertdə Əməkdar artist, dirijor Fuad İbrahimovun rəhbərliyi ilə Bakı Kamera Orkestri, həmçinin Xalq artistləri Brilliant Dadaşova, Ənvər Sadıqov, Nəzakət Teymurova, Əməkdar artist Abbas Bağırov və digər solistlər çıxış edəcəklər.