MUSİQİMİZ
21 Aprel 2022 / 16:00

Bakıda Beynəlxalq Caz Günü qeyd ediləcək

Hər il aprelin 30-u dünyada Beynəlxalq Caz Günü kimi qeyd edilir. 2012-ci ildə UNESCO tərəfindən elan edilən bu gün dünyanın cazsevər ölkələrində keçirilən konsert proqramları ilə yadda qalır. Əlamətdar gün hər il dünyanın 190-dək ölkəsində qeyd edilir. Bu tarixi gün UNESCO-nun sülhməramlı səfiri Hörbi Hənkok Caz İnstitutunun rektoru, dünya şöhrətli caz pianoçusu Hörbi Hənkokun təşəbbüsü ilə təsis edilib.

 

Azərbaycanda da cazı çox sevirlər. Dünyada Azərbaycan cazının özünəməxsus yeri var. Bunu ölkəmizdə keçirilən Beynəlxalq caz festivallarına olan maraq bir daha sübut edir. 2017-ci ildən etibarən Azərbaycan Mədəniyyət Nazirliyinin və bir sıra şirkətlər qrupunun təşkilatçılığı altında Bakı şəhərində Beynəlxalq Caz Günü qeyd olunur.

 

Bu il də beynəlxalq caz hadisəsinə qatılmaq məqsədilə Mədəniyyət Nazirliyinin təşkilatçılığı altında aprelin 29-dan mayın 2-dək Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı, Beynəlxalq Muğam Mərkəzi kimi konsert zallarında Beynəlxalq Caz Günü çərçivəsində Azərbaycan cazmenlərinin iştirakı ilə silsilə tədbirlər keçiriləcək.