MUSİQİMİZ
26 Aprel 2022 / 14:40

“İşarə” gənc bəstəkarın əsərlərindən ibarət ilk solo konsertidir

Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində beynəlxalq müsabiqələr laureatı, gənc bəstəkar-pianoçu Tural Məmmədli və “EthnoClass” orkestrinin konserti olacaq.

 

“İşarə” adlanan konsertin xoreoqrafları İsmayıl Məmmədzadə və Günay Muradidir.

 

Şou və audivizual görüntülərlə müşayiət olunan konsertdə Xalq artisti Natiq Şirinov, Türkiyədən gələn müğənni Sənam Əbdüləzimzadə, reper ProMete, gitara ifaçısı Rəhman Məmmədli də çıxış edəcəklər.

 

Konsert aprelin 28-də keçiriləcək.