MUSİQİMİZ
26 Aprel 2022 / 16:26

“Qarabağımın tacı-Şuşam” adlı musiqili kompozisiya təqdim edilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin İbrahim Əbilov adına Mədəniyyət Mərkəzində “Şuşa İli”nə həsr olunmuş “Qarabağımın tacı – Şuşam” adlı musiqili kompozisiya təqdim edilib.

 

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

“Qarabağımın tacı – Şuşam” adlı musiqili kompozisiyada Mədəniyyət Mərkəzinin “Oğuzlar” folklor xalq ansamblının ifasında musiqi, şeir və mahnılar səsləndirilib, Şuşa şəhərinin gözəllikləri vəsf edilib.