MUSİQİMİZ
20 May 2022 / 11:34

“Cadenza” orkestri növbəti konsertə hazırlaşır

Mayın 23-də Beynəlxalq Muğam Mərkəzində “Cadenza” orkestrinin (Cadenza Contemporary Orchestra) “Yaddaş” adlı növbəti konsert proqramı təqdim ediləcək.

 

Orkestrin budəfəki konserti 28 May-Müstəqillik Gününə həsr olunacaq.

 

Konsertdə Asəf Zeynallının “Muğamsayağı”, Ərtoğrol Cavidin “Çal, oyna!”, “Zəngəzur dağlarında”, “Batabat yaylaqlarında”, Xəyyam Mirzəzadənin “Simli Kvartet üçün Miniatürlər”, Cavanşir Quliyevin “Yeddi pyes” və Səid Qəninin “İstəməz” əsəri ifa olunacaq.

 

Giriş sərbəstdir.