MUSİQİMİZ
28 May 2022 / 15:06

“Şuşam mənim, Vətənim mənim” adlı konsert proqramı təqdim edilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Gözdən əlil uşaqlar üçün 38 nömrəli onbirillik musiqi məktəbi Azərbaycan Dövlət Mahnı Teatrında “Şuşa İli”nə həsr olunmuş “Şuşam mənim, Vətənim mənim” adlı konsert proqramı təqdim edib.

 

Konsertdə İdarənin rəisi İbrahim Əliyev, uşaq musiqi və incəsənət məktəblərinin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Konsertdə Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səsləndirilib.

 

Məktəblilərdən ibarət xor və ansamblın ifası tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

672

673