QARABAĞDAKI İRSİMİZ
27 Aprel 2022 / 13:02

Azad edilmiş ərazilərdə sökülməsi qadağan olunan abidələrin siyahısı hazırlanır

İşğaldan azad edilmiş ərazilərdə tikililərin müvəqqəti reyestrinin yaradılması ilə bağlı sökülməsi qadağan olunan abidələrin müvafiq siyahısı hazırlanır.

 

Mədəni İrsin Qorunması və Bərpası Xidmətinin Beynəlxalq və ictimaiyyətlə əlaqədar şöbəsinin müdiri Nuridə Allahyarova APA-nın sorğusuna cavab olaraq bildirib.

 

Onun sözlərinə görə, eyni zamanda, həmin abidələrin ümumi vəziyyəti barədə rəy də dövlət xidməti tərəfindən hazırlanmaqdadır.

 

Siyahı yekunlaşdıqdan sonra mətbuata təqdim ediləcək.