QARABAĞDAKI İRSİMİZ
22 Mart 2022 / 21:24

"Ruhlar şəhəri"nin azadlıq rəmzi – Ağdamın Cümə məscidi

Dağıdılmış Ağdamda möcüzə nəticəsində məhv olmayan məscid təkcə memarlıq abidəsi, iki müharibə görmüş məbəd deyil, eləcə də işğaldan azad edilmiş şəhərin rəmzidir.

 

Azərbaycan, Rusiya və Ermənistan liderləri arasındakı üçtərəfli razılaşma əsasında erməni işğalından azad edilmiş Ağdam rayonunun ərazisində salamat qalmış tikinti tapmaq çətindir. “Ruhlar şəhəri”nə çevrilmiş Ağdamın fonunda yeganə nəzərə çarpan tikili tam dağıdılmamış Cümə məscididir.

 

Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən Qarabağın təkrarolunmaz üslubunda tikilib. Oxşar məscidlər Bərdə, Şuşa, Füzuli və Horadizdə də inşa edilib.

 

Məscid iki müharibə görüb, dəhşətlərin şahidi olub – 1992-ci ildə Xocalı soyqırımı qurbanlarının nəşlərini Ağdama çatdıraraq bu məscidə gətiriblər. İndi isə oraya Azərbaycan bayrağı sancıblar, burada yenidən azan oxunaraq namaz qılınır.

 

İşğaldan azad edilən Ağdam şəhəri ərazisində yerləşən Cümə məscidi bərpa edilir.

 

Qeyd edək ki, 30 ilə yaxın ermənilərin işğalı altında qalan Ağdam şəhəri tamamilə dağıdılıb. İşğalda olduğu müddət ərzində şəhərdə ermənilər tərəfindən dağıntıya nisbətən az məruz qalan tikili Cümə məscidi olub.

 

Xatırladaq ki, Cümə məscidi Heydər Əliyev Fondunun dəstəyi ilə təmir edilir.

 

302

Ağdam Cümə məscidinin bərpa olunduqdan sonrakı görünütüsünün ilkin maketi artıq hazırdır:

303