12 Aprel 2022 / 14:23

Beynəlxalq Muğam Mərkəzində “Musiqi palitrası”

Aprelin 14-də Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə “Musiqi palitrası” adlı konsert proqramı təqdim olunacaq.

 

Proqramda Əməkdar artist, Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Prezident mükafatçısı İnarə Babayeva Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət proqramla musiqisevərlərin görüşünə gələcək. Sevilən vokal ifaçını pianoçu Roza Səlimova müşayiət edəcək.

 

Qeyd edək ki, səhnədə yüksək professionallıqla çıxış edən İnarə Babayeva ifası zamanı zəngin səsi ilə ən yüksək notlarda asanlıqla hərəkət edə bilməsi, güclü səs tembri ilə yanaşı, gözəl səhnə görkəmi ilə tamaşaçılara sənətin estetikasını ötürə bilir. Aktyorluq bacarıqları ilə diqqəti cəlb edən ifaçı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistidir. O, Opera və Balet Teatrının repertuarında milli və klassik dünya bəstəkarlarının yaradıcılığına məxsus bir sıra tamaşalarda əsas partiyaları məharətlə ifa edir.