16 Aprel 2022 / 10:00

“Fortepiano musiqisi axşamı” adlı konsert təşkil ediləcək

Aprelin 16-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında “Fortepiano musiqisi axşamı” adlı konsert keçiriləcək.

 

Konsert proqramı Azərbaycan qadın bəstəkarlarının yaradıcılığına həsr olunacaq.

 

Dinləyicilər klassik əsərlərdən, Azərbaycan xalq mahnılarının işləmələrindən, həmçinin caz kompozisiyalarından və müasir musiqi janrlarında yazılmış əsərlərdən həzz ala biləcəklər.