20 Aprel 2022 / 14:54

Bakı Musiqi Akademiyasının tələbələri geniş konsert proqramı ilə çıxış ediblər

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) böyük zalında “Solo oxuma və opera hazırlığı” kafedrası tələbələrinin konserti olub. Konsert Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr edilib.

 

Bakı Musiqi Akademiyasından bildirilib ki, konsertdə Xalq artistləri, BMA-nın professorları Fidan Qasımova, Xuraman Qasımova, Gülnaz İsmayılova, Natavan Seyidzadə, dosentlər Jalə Cəfərova, Sevda Məmmədova, Svetlana Əhmədova-Mirzəyevanın tələbələri istedadları ilə bütün dinləyicilərin ruhunu oxşayıblar.

 

Rəngarəng konsert proqramında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.