22 Aprel 2022 / 14:01

“Şuşanın dağları, Zəfərin ulduzları” adlı konsert proqramı təqdim ediləcək

Aprelin 26-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Rauf Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Şuşa İli”nə həsr olunmuş “Şuşanın dağları, Zəfərin ulduzları” adlı konsert keçirəcək.

 

Konsertdə məktəbin şagirdləri, respublika və beynəlxalq müsabiqələr laureatları, Xalq artisti Rauf Abdullayevin bədii rəhbəri və baş dirijoru olduğu Dövlət Simfonik Orkestrinin müşayiəti ilə çıxış edəcəklər.

 

Konsertdə Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının əsərləri səslənəcək.