25 Aprel 2022 / 11:36

Milli Konservatoriyada Kamança festivalı təşkil edilib

Bu gün Azərbaycan Milli Konservatoriyasında (AMK) Kamança festivalı başlayıb.

 

“Şuşa İli” münasibətilə ölkəmizdə ilk dəfə gerçəkləşən festivalda peşəkar kamança ifaçıları iştirak edir. Festivalın bədii rəhbəri AMK-nın rektoru, Xalq artisti, professor Siyavuş Kərimidir.

 

Festivalın ilk günündə təhsil ocağının böyük zalında tanınmış kamança ifaçıları – Xalq artisti Fəxrəddin Dadaşov, Əməkdar artistlər Toğrul Əsədullayev, İsmayıl Həmidov, Elnur Əhmədov, ifaçılar Toğrul Orucov, Oqtay Şərifovun çıxışları təqdim olunub.

 

Festival aprelin 28-dək davam edəcək.

 

Qeyd edək ki, AMK-da bundan əvvəl, “Şuşa İli” çərçivəsində Tar festivalı keçirilib.