TEATRLARIMIZ
20 Yanvar 2022 / 12:14

20 Yanvar - Qanlı Yanvar

#20Yanvar xalqımızın şərəf və qəhrəmanlıq səhifəsidir. Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 32 il keçir. Keçmiş Sovet Ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq. Bakıda həyata keçirdikləri qırğınlarda 131 nəfər öldürülmüş, 600-dən çox adam yaralanmışdı. Öldürülənlər arasında 5 millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi. Düz 32 il öncə əl-ələ tutub tankların önündə canlı sipər olanların övladları illər sonra Şuşanı azad etmək üçün canlı silaha çevrildilər.

ETİKETLƏR