ŞUŞA 2022
08 İyun 2022 / 15:48

Ruhumuzun ünvanı - Şuşa

İyunun 7-də Şamaxı rayon Heydər Əliyev adına parkda Şamaxı Rayon İcra Hakimiyyəti və İsmayıllı Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Şuşa İli”nə həsr edilən “Ruhumuzun ünvanı - Şuşa” adlı tədbir keçirilib.

 

Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, şəhid ailələri, icra hakimiyyətinin əməkdaşları, digər idarə və müəssisələrin rəhbərləri və əməkdaşları, rayon ictimaiyyəti iştirak ediblər.

 

"Bayatı-şiraz" muğamının fonunda başlayan tədbirdə 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun düşmən üzərində Qələbə çalaraq tarixi nailiyyətə imza atmasından bəhs olunub.

 

Tədbirdə tanınmış müğənni Eldəniz Məmmədov, Şamaxı Xalq Teatrının əməkdaşları, Şamaxı aşıqlar qrupu, “Muğam” televiziya müsabiqəsinin laureatları Xətai Hacıyev, Nisbət Sadrayeva, Rəvan Qaçayev və başqaları çıxış ediblər.

730

731