TARİXDƏ BİZ
16 May 2022 / 13:11

Qarabağın mədəni irsinin nümunəsi - Xan Şuşinskinin qavalı

Milli Azərbaycan Tarixi Muzeyinin zəngin musiqi alətləri kolleksiyasından təqdim olunan qaval Azərbaycan xanəndəsi, Xalq artisti Xan Şuşinskiyə məxsus olub.

 

Sonradan həmin qaval 1975-ci ildə Xan Şuşinski tərəfindən xanəndə Qədir Rüstəmova hədiyyə edilib. Qaval muzeyə Q.Rüstəmovun həyat yoldaşı Azadi Fatimə tərəfindən hədiyyə edilib (2013-cü il 1 fevral).

 

Üzərində arfa təsvir edilmiş qavalın membranı balıq dərisindən, sağanağı qoz ağacından hazırlanıb. Qavalın sədəfdən bəzəyi, iç tərəfdən 62 halqası var.

 

Qeyd edək ki, təqdim olunan material Azərbaycan musiqi mədəniyyətini öyrənmək baxımından əhəmiyyətlidir.