TEATRLARIMIZ
01 Fevral 2022 / 12:00

ASAN könüllüləri Boccia ilə tanış oldu

01.02.2022-ci il tarixində 5 saylı ASAN Xidmət Mərkəzinin könüllülər üzrə məsul şəxsi Vəfa Muxtarova və həmin mərkəzin könüllüləri "Gənclər Günü" münasibəti ilə Boccia İdman Federasiyasının idmançıları ilə görüşə gəldilər. Federasiyanın baş katibi İlham Məhərrəmov qonaqlara idmançıların fəaliyyəti və nəaliyyətləri haqqında məlumat verdi. Sonra idmançılarla oyun oynayan qonaqlar "Boccia" idman növünün əslində necə çətin və zəka tələb edən bir oyun növü olduğunu müşahidə etdilər. Maraqlı söhbətlərlə yadda qalan görüşün sonunda idmançılarımız və qonaqlar xatirə şəkili çəkdirdilər.