TEATRLARIMIZ
18 Fevral 2022 / 15:57

"Azərbaycan" universitetinin tələbələri "Boccia"da təcrübə keçir

"Azərbaycan" universiteti "Humanitar" fənnlər fakultəsinin "Sosial iş" ixtisası üzrə təhsil alan 16  nəfər IV kurs tələbəsini təcrübə keçmək məqsədi ilə Azərbaycan Respublikası Boccia İdman Federasiyasına yönləndirib. 16 fevral tarixindən Boccia İdman Federasiyasında təcrübə keçməkdə olan tələbələr 24 may tarixinə qədər bu təcrübəni davam etdirəcəklər. Gələcək 3 ay ərzində Boccia İdman Federasiyasının əməkdaş və assistantlarının həyata keçirdiyi işlərin eynisini öyrənəcəklər və tətbiq edəcəklər. Tələbələr milli komandanın 5 kateqoriyalı idmançılarının məşq zamanı assitantlığını edərək qeyri-məşq vaxtlarında onların problemlərini öyrənmək və çıxış yolunu tapmaq üçün çalışacaqlar. Keçən 2 gün ərzində federasiyanın əməkdaşları, milli komandanın idmançıları və tələbələr həm bir-biriləri ilə, həm də Boccia ilə yaxından tanış oldular. 

Boccia İdman Federasiyası adından mərkəzdə təcrübə fəaliyyətində olan "Azərbaycan" Universitetinin tələbələrinə gələcək işlərində uğurlar diləyirik.

 

ETİKETLƏR