TEATRLARIMIZ
03 Mart 2022 / 13:28

Bakıda Müstəqil Teatrlar Festivalına start verilib

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Müstəqil Teatrlar Festivalının açılış mərasimi keçirilib.

 

Tədbirdə Mədəniyyət Nazirliyinin rəsmiləri, tanınmış incəsənət xadimləri və mətbuat nümayəndələri iştirak ediblər.

 

Festivalın təşkilatçılarından biri Xalq artisti Vidadi Həsənov bildirib ki, tədbir uzun müddətdən sonra Mədəniyyət Naziriliyinin yanında İctimai Şuranın köməyi ilə ilk dəfə keçirilir: "Bakıda 20-yə yaxın müstəqil teatr var. Buna görə sevindim. Düşünürəm ki, bu festival gəncləri daha da həvəsləndirəcək. Tədbir 7 gün davam edəcək. Festival çərçivəsində 11 tamaşa göstəriləcək, həmçinin panellər keçiriləcək. İnsanları festivalda iştiraka çağırıram".

 

Daha sonra çıxış edən Fərəh Acalova festivalın işində uğurlar arzulayıb: "Bu təqdirəlayiq layihədir. Bütün layihələrdə özəl teatrlara yer ayrılır".

 

Daha sonra Üzeyir Hacıbəylinin əsərləri əsasında hazırlanmış “Məsəl, ya...” tamaşası oynanılıb.

 

Qeyd edək ki, festival martın 6-dək davam edəcək.