TEATRLARIMIZ
05 Mart 2022 / 10:34

Musiqili Teatrda "Qadın gülərsə..." adlı tədbir keçirilib

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan "Qadın gülərsə..." adlı tədbir keçirilib.

 

Tədbirdə mədəniyyət nazirinin müavini Elnur Əliyev, tanınmış qadın incəsənət xadimləri iştirak ediblər.

 

Elnur Əliyev çıxış edərək bildirib ki, qadın anlayışı olmasa, gözəlliyin mənası olmazdı:

 

"Azərbaycan qadını olmasaydı, Məcnun olmazdı. Mədəniyyət Nazirliyinin məqsədlərindən biri də qadının əvəzolunmaz olduğunu vurğulamaqdır. Azərbaycan qadınının gözəlliyi hər zaman Azərbaycan mədəniyyətinə geniş imkanlar açıb".

 

Daha sonra tədbir konsert proqramı ilə davam edib.