21 Aprel 2022 / 12:03

“Dejavü” tamaşası yenidən səhnədə

Aprelin 23-də Azərbaycan Dövlət Pantomima Teatrının repertuarında olan “Dejavü” tamaşası uzun müddət fasilədən sonra yenidən nümayiş etdiriləcək.

 

Tamaşanın müəllifi Səbinə Hacıyeva və Bəhruz Əhmədlidir. Onlar həm də səhnə əsərinin quruluşçu rejissoru və rolların ifaçılarıdır.

 

Tamaşanın musiqi tərtibatçısı Əməkdar artist Elman Rəfiyevdir.

 

Qeyd edək ki, iki aktyorun iştirak etdiyi səhnə əsəri kişi və qadın münasibətlərindən bəhs edir.

468