TEATRLARIMIZ
21 Aprel 2022 / 14:02

“Qayınana” bədii filmi rus dilində nümayiş etdirilib

Aprelin 21-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Qaradağ rayon Heydər Əliyev Mərkəzində yetişməkdə olan gənc nəslə Azərbaycan kinematoqrafiyasının şah əsərlərindən olan “Qayınana” bədii filmi rus dilində nümayiş etdirilib.

 

Təddbirin aparıcısı Farina Əsədova 166 və 139 nömrəli tam orta məktəblərin müəllim və şagird kollektivinə “Qayınana” filmi haqqında geniş məlumat verib. Tədbirdə Azərbaycanda ilk filmin yaradılması barəsində danışılıb. Tamaşaçılara görkəmli aktrisa Nəsibə Zeynalovanın həyat və yaradıcılığı haqqında məlumat təqdim edilib.

 

Sonda tədbir iştirakçılarına “Qayınana” filmi nümayiş etdirilib.