TEATRLARIMIZ
25 Aprel 2022 / 12:03

“Bağlı qapı arxasında” tamaşası növbəti dəfə səhnədə

Azərbaycanın ilk inklüziv teatrı olan ƏSA Teatrı Jan-Pol Sartrın “Bağlı qapı arxasında” əsəri əsasında hazırladığı “Çıxış yoxdur!” fəlsəfi-dramının növbəti nümayişini keçirəcək.

 

Tamaşa mayın 18-də Akademik Rus Dram Teatrının səhnəsində təqdim ediləcək.

 

Quruluşçu rejissoru Nihad Qulamzadə, prodüseri Nicat Qulam olan səhnə əsərində rolları Elşən Əsgərov, Səmayə Ağayarova, Lalə Süleymanlı, İmran Lalayev, Elsevər Rəhimov, Aysel Feziyeva, Gülçin Qasımova canlandıracaq.

 

Qeyd edək ki, ekzistensialist ədəbi-fəlsəfi cərəyanın yaradıcılarından biri olan fransız yazıçı Jan-Pol Sartrın 1944-cü ildə yazdığı "Bağlı qapı arxasında" əsəri ölümlərindən sonra əbədi olaraq bir otaqda qapalı qalmağa məhkum edilən üç nəfərdən bəhs edir.