TEATRLARIMIZ
24 Aprel 2022 / 14:51

Bakıda ilk dəfə “Barokko Günləri” Beynəlxalq Musiqi Festivalına start verilib

Aprelin 23-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Barokko Günləri” Beynəlxalq Musiqi Festivalının açılışı olub.

 

Festivalın açılışında XVIII əsrin görkəmli alman bəstəkarı K.V.Qlyukun “Orfey və Evridika” operasının premyerası təqdim olunub.

 

Tədbir proqramı Əməkdar incəsənət xadimi Nikolay Tretyakinin, Əməkdar artist Əyyub Quliyevin, Xalq artisti Kamilla Hüseynovanın, Əməkdar artist İlham Nəzərovun və başqalarının çıxışları ilə davam edib.

 

Qeyd edək ki, festival aprelin 23-dən 26-dək davam edəcək.