TEATRLARIMIZ
01 Fevral 2022 / 12:02

Türkiyə Səfirliyinin nümayəndəsi Bocciaçılar ilə tanış oldu

1 fevral 2022-ci il tarixində Türkiyə Respublikası Səfirliyinin müşaviri Hüseyn Altınalan Boccia İdman Federasiyasının qonağı olub. Boccia İdman növü ilə yeni tanış olan qonaq ilə idmançılar arasında maraqlı dialoq alındı. İlk olaraq idmançılarla, onların keçmiş nəaliyyətləri ilə tanış olan Hüseyn Altınalan onların gələcək fəaliyyətlərində uğurlar arzu etdi. Türkiyə Səfirliyinin nümayəndəsi Altın Alan ilə görüşdə idmançılardan başqa sağlamlıq imkanları məhdud gənclərin peşə-reabilitasiya mərkəzinin direktoru Rəhilə Həsrətova, Boccia İdman Federasiyasının baş katibi İlham Məhərrəmov iştirak edirdi. Hüseyn Altınalan idmançılarla oyun oynadıqdan sonra, onlarla xatirə şəkli çəkdirdi.

ETİKETLƏR