TEATRLARIMIZ
09 May 2022 / 15:00

Şuşa Dövlət Musiqili Dram Teatrının səhnəsində uşaqlar üçün “Dəcəl keçi” tamaşası nümayiş olunub

Şuşa Dövlət Musiqili Dram Teatrının səhnəsində “Dəcəl keçi” tamaşası nümayiş olunub.

 

Tamaşa Azərbaycan İncəsənət Məktəbinin (AİM), Bakı Teatr Mərkəzinin və "Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyinin (UYD) təşkilatçılığı ilə həyata keçirilib. Modern üslubda olan tamaşa AİM-in kiçik yaşlı aktyor tələbələrinin qiymətləndirmə imtahanı olaraq səhnələşdirilib.

 

Sonda qonaqlar tamaşa haqqında öz təəssüratlarını bölüşüblər. Eyni zamanda, uşaqların yaradıcılıq bacarıqları mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib. UYD-nin sədri Fərhad Abdulov bu kimi yaradıcı təşəbbüslərin uşaqlarda 21-ci əsrin yumşaq bacarıqlarını, o cümlədən ünsiyyət, empatiya, əməkdaşlıq kimi vərdişləri, tənqidi və yaradıcı təfəkkürləri formalaşdırdığını qeyd edib.

 

Daha sonra AİM-in təsisçisi və müəllimi Fərid Bağırov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, AİM-in bədii rəhbəri Ruslan İsmayılov aktyor tələbələri sertifikatlarla təltif edib.

 

549

548