TEATRLARIMIZ
13 May 2022 / 14:44

Bakıda “Gənc tamaşaçılar üçün muzey” adlı beynəlxalq konfrans keçiriləcək

Azərbaycan Milli Xalça Muzeyində oktyabrın 19-21-də “Gənc tamaşaçılar üçün muzey” adlı beynəlxalq konfrans keçiriləcək.

 

Muzey sahəsində çalışan mütəxəssislər və tədqiqatçılar konfransda bir araya gələcəklər.

 

İştirak etmək istəyənlər konfransın mövzularına uyğun materialları mayın 31-dək [email protected] ünvanına göndərməlidirlər.