TEATRLARIMIZ
24 Yanvar 2022 / 12:05

İdman Naziri Fərid Qayıbov Bocciaçılarla görüşdü

Bu gün Gənclər və İdman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva və Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, Milli Paralimpiya Komitəsinin Baş Katibi Kamal Məmmədov, Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiya Mərkəzinin direktoru Rəhilə Həsrətova "Boccia İdman Federasiyası"nın milli komandası arasında görüş olub. Nazir Fərid Qayıbov "Boccia" idman növü ilə yaxından tanış olub. "Boccia İdman Federasiyası"nın Baş katibi və Baş məşqçisi İlham Məhərrəmov "Boccia" idman növünün yaranması, oyunun qaydaları, həmçinin ölkə daxili və ölkə xaricində keçirilən yarışlar haqqında qonaqlara məlumat verib. Görüşün davamında Fərid Qayıbov və "Boccia İdman Federasiyası"nın milli komandası ilə birlikdə yarış keçirilib. Fərid Qayıbov "Boccia" idman növünün fiziki məhdudiyyətli insanların inkişafında önəmini vurğulayıb. O, bildirib ki, bundan sonra da, bu idman növünün inkişafı üçün lazım olan dəstəyi göstərməyə hazırdır. Nazir həmçinin vurğulayıb ki, son illər dövlətimizin idmana və fiziki məhdudiyyətli insanlara göstərdiyi qayğı və diqqət, həm idmançılarımızın yüksək nəticələr əldə etməsinə, həm də, fiziki məhdudiyyətli insanların sosial statusunun möhkəmlənməsinə öz tövhəsini verib. Daha sonra xatirə şəkili çəkilib. Görüş sona çatıb.

ETİKETLƏR