TEATRLARIMIZ
01 İyun 2022 / 17:40

Balacalar üçün “Danışan gəlincik” tamaşası göstərilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin H.Abbasov adına Mədəniyyət Mərkəzi tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş "Danışan gəlincik" adlı tamaşa nümayiş olunub.

 

Tədbirdə tamaşaçı qismində iştirak edən şəhid və qazi övladları üçün “İncəsənət” rəqs ansamblı tərəfindən "Buratino" rəqsi təqdim edilib.

 

Qeyd edək ki, tamaşa və rəqs nömrələri uşaqlar tərəfindən maraqla qarşılanıb.

696